Necə kömək edə bilərik?

“NB Qrup” ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət
göstərən və dinamik surətdə inkişaf edən şirkətdir. Kimya Sənayesi sahəsində
fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları,
sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli
yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun,
təmizləyici vasitər, plastik və metal qabların istehsalını həyata keçirir. «NB Qrup»
un strategiyası yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri
formalaşdıraraq, müştərilərinin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə
iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır. Şirkət bütün fəaliyyətini
beynəlxalq standartlar, Keyfiyyətin Təmin olunması, Ətraf Mühitin və Ekologiyanın
qorunması, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin
tələblərinə uyğun qurub. Müasir Dünyanın ən son texnoloji yeniliklərini tətbiq etməklə,
NB Qrup fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi ”nin
qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışır.
 “NB Qrup” təkcə istehsal sahəsində dəyər yaratmır, həm də qiymətli və peşəkar kadrları
ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət
istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə
tutur.“Alev” sabun, təmizləyici və yuyucu vasitələrdən ibarət ticarət nişanıdır. 
Bu ad altında müxtəlif qramajlı qatı və maye sabunlar, təmizlik üçün nəzərdə
tutulan məişət və sənaye tipli vasitələr istehsal olunur. Alev məhsullarının 
istehsalına “NB Goup ASC”  2008-ci ildən başlayıb. Məhsullar müasir texnologiya
və avadanlıqların tətbiqi nəticəsində peşəkar personal tərəfindən hazırlanır 
və istehlakçıya təqdim olunur. İstehsal prosesinin idarə olunması beynəlxalq 
standartlara İSO 9001:2008 keyfiyyət idarəetmə sisteminin, həmçinin İSO 14001:2004
ekologiya idarəetmə sisteminin standartlarına uyğun aparılır. Qatı sabun istehsalı 
sahəsində “Alev” Azərbaycanda ilk və yeganə brenddir. Alev qatı sabunları təbii 
komponentlərdən hazırlanır,tərkibində bioloji parçalanmayan heç bir maddə yoxdur. 
“Alev” ticarət nişanının bütün məhsulları gündəlik həyatda hər bir ev üçün kompleks 
yanaşmanı nəzərdə tutur. “Alev” məhsulları ilə təmizlik evin hər bir
guşəsinə bəxş edilə bilər.

 
.
Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik