Necə kömək edə bilərik?

Tuz ruhu nədir?. Faydaları və təhlükəsizlik tədbirləri

12 Yanvar 2017
Tuz ruhu nədir?. Faydaları və təhlükəsizlik tədbirləri

 

   Hidroxlorid asid  rəngsiz şəffaf maye şəklindədir. Hidroxlorid asid metal oksidlərə, yəni, paslara qarşı sökücü rolunu oynayır. Bu səbəbdən də istənilən metalların üzərində effektiv bir məhluldur. Tarixdə ilk dəfə 9 cu əsrdə böyük kimyaçı, riyaziyyatçı, həkim və astronom olan Cabir ibn Həyyan tərəfindən kəşf edilmiş tuz ruhu adi süfrə duzunun sulfurik turşu ("vitriol") maddəsi ilə qarışımından əldə edilmişdir. Daha sonra Avropaya yayıldıqda “acidium salis” yəni, tuz ruhu kimi adlandırılmağa başladı. Hazırda dünyada təqribən illik 5 milyon tona yaxın hidrogen xlorid istehsal olunur. Olduqca zəhərli maddədir və kəskin qoxusu vardır. Sənaye inqilabından sonra kütləvi şəkildə istehsal edilməyə başlanmışdır. Günümüzdə PVC (poli-vinil-xlorid)-dən dəmirə, plastik sənayedən qida sektoruna qədər bir çox sahələrdə istifadə edilir. Qəribə səslənsə də canlıların çoxunun mədəsində var olmaqdadır. Mədədəki funksiyası isə həzm etməkdə oynadığı roldur. Mədə suyunda 0.3% miqdarında olmaqla 1-2 ph dəyəri arasındadır. Əgər insan mədəsindəki hidroxlorid asidin ph dəyəri 1 dən aşağı olarsa mədə yarası və xoralar əmələ gələr. Əksinə ph dəyəri 2 nin üzərində olarsa bu halda həzm problemi yaşanar və insan yediyi qidaları həzm edə bilməzdi. Təkbaşına, qatqısız halda mədəni deşə biləcək gücə sahibdir. Lakin mədədə olan mukus təbəqəsi bunun qarşısını ala bilir. Əgər həmin təbəqə nazikdirsə və ya asidin ph dəyəri 1 dən aşağıdırsa mədədə problemlərin yaranması qaçılmaz olacaqdır. Dərilərdə yanıqlara səbəb ola biləcəyindən onunla işləyərkən mütləq şəkildə əlcəkdən istifadə edilməlidir.  Hər hansı təbəqəyə tətbiq edildikdən sonra bir müddət gözlənilməli və daha sonra bol miqdarda su ilə yuyulmalıdır. Həmçinin gözlərə qarşı da allergik xüsusiyyətləri vardır. Buxar halında olsa belə onunla nəfəs aldıqda ağciyərləri zəhərləyə bilər. Bunun üçün də, uşaqların əlinin çata bilməyəcəyi yerlərdə saxlanılması şərtdir. Məhsulun donma nöqtəsi -27°C buxarlanma temperaturu isə 110°C-dir.

Azərbaycanda tuz ruhunun istehsalı ilə NB GROUP ASC məşğul olur. Alev markalı tuz ruhunu əldə etməklə siz vanna otağını, tualeti, mətbəxdəki çanağı təmizləyə bilərsiniz. Həmçinin çanaqdakı boruda tıxanma olarsa və ya hər hansı bir boruda tıxanmalar olarsa onları rahatlıqla tuz ruhu vasitəsi ilə aça bilərsiniz. Sərt təbəqələrdə və kirli, pas tutmuş yerlərdə də istifadə olunur. Tərkibində olan fosforit asid miqdarı adi kimyəvi vasitələrdən çox olduğundan ərpləri asanlıqla sökür.
 
.
SABUNDA GÖZLƏNİLƏN ÖZƏLLİKLƏR RƏNG VƏ QOXU

SABUNDA GÖZLƏNİLƏN ÖZƏLLİKLƏR RƏNG VƏ QOXU

 Sabun istehsalında istifadə edilən aromatizatorların, tərkibində çoxlu miqdarda üzvi maddələr təşkil edir. ...

SABUNLARDA  PH DƏYƏRİ NƏ ÜÇÜNDÜR?

SABUNLARDA PH DƏYƏRİ NƏ ÜÇÜNDÜR?

Ən əsası Ph 5.5 - köhnə reklamlardan olan bu ifadə yəqin ki çoxların yaddaşında qalıb. Və reklamlardan, ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az