News
Qab yumada 6 qızıl qayda
02 September 2016
Evdə qonaq qəbul etmək zövq verən duyğudur. Qonaqlıqdan, yeməkdən sonra
isə yığılmış qabları yumaq bəzən çox vaxt alır və yorucu olur. Alev qabyuyan
vasitələrdən istifadə etməklə bu işin öhdəsindən asanlıqla gəlmək mümkündür.
Bunun üçün Alev qabyuyanla yanaşı qabları yumaqda qızıl qaydaları da bilmək
lazımdır. Bu qaydaları qısa şəkildə aşağıdakı kimi qruplaşdırmaq olar.
1.Qabları yumağa başlamazdan əvvəl onları kirlilik dərəcələrinə və növlərinə
görə ayırmaq lazımdır. İlk öncə qablarda qalan yemək artıqlarını təmizləmək
və qazanda olan yeməyi ayrı qaba yığıb soyuducuya yerləşdirmək lazımdır.
2.Qab yuma zamanı suya qənaəti təmin etmək üçün qabları iri ləyənə yığıb
orada yumaq məsləhətlidir. Belə yuma zamanı qabdakı suyun tez kirlənməsinin
qarşısını almaq üçün əvvəla daha az kirli qabları yumaq lazımdır. Birinci qaydadakı
kimi ayrılmış çeşidlərə görə əvvəl stəkanlar, çəngəl-qaşıq-bıçaqlar, yemək tabaqları,
qazanlar şəklində sıralanmalıdır. Stəkan və çəngəlləri yuma zamanı iri qazanlara
bir miqdar Alev qabyuyan maye əlavə etməklə oradakı yağları daha tez
parçalayacaqsınız.
3.Amma əgər suya qənaət etmək kimi probleminiz yoxdursa, su axa-axa qab
yumaq istəyirsinizsə bu halda qabları yuduğunuz çanağın içinə əvvəla iri qazanları
qoyun. Kiçik qabları onların üzərində yuyun. Axıb gedən köpüklü su həm də qazanda
olan yağların yumşalmasına səbəb olacaqdır.
4.Alev qabyuyan maye həm isti həm də soyuq sularda effektivdir. Amma buna
baxmayaraq şüşə qabların üzərində ləkələrin əmələ gəlməsini istəmirsinizsə həmin
qabları isti su ilə yuyun. Çünki isti su soyuq suya nisbətən tez buxarlanır və ləkə saxlamır.
Şüşə qabları yuuduqdan sonra əmici bir əsginin üzərinə qoymaqla suyun daha tez
qurumasını təmin etmək olar.
5.Alev qabyuyan maye qətiyyən əlləri allergik təsirə uğratmır. Amma əgər əlinizdə
üzəri açıq yara varsa bu halda əlcəkdən istifadə edin.
6.Alev qabyuyanla keyfiyyətli bir süngər qablarınızı yumaq üçün kifayətdir.
Süngərlər çox bilinməsə belə, qısa zamanda kirlənib mikrob tuta bilirlər.
Bu səbəbdən ən gec həftədə bir dəfə süngərinizi mütləq təzələyin.
Qaydalara əməl etməklə təmiz qab yuma əldə edib həm vaxtınıza, həm də
büdcənizə qənaət etmiş olacaqsınız. Alev qabyuyan maye və Alev qabyuyan toz
həm keyfiyyətli həm də qiymətdə sərfəli olduğundan hər zaman mətbəxinizdə
olmalıdır.
Alev-təmizliyi sevənlər üçün.
Contact us
+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az
© 2016 NB Group. Bütün hüquqlar qorunur. | Sitemap