Как мы можем вам помочь?

Qatı sabun və maye sabun. Hansını seçməli?

25 Август 2016
Qatı sabun və maye sabun. Hansını seçməli?
Bir neçə il bundan qabağa qədər sıvı (maye) əl sabunu icad olunmamışdan əvvəl insanlar tək bir alternativ qarşısında
qalmışdılar “Qatı sabunlar”.Elmi texniki tərəqqinin nəticəsində maye əl sabunu icad olunduqdan sonra bu ikisi arasında
ciddi şəkildə rəqabət yarandı. İnsanlar sıvı yoxsa qatı  sabun istifadə etmək arasında tərəddüd etməyə başladılar.
Hazırda sabunları müxtəlif çəki və ekstratlarla istehsal olunmaqdadır. Sıvı duş gelləri, peeling effektli üz kremləri,
köpük əl sabunları və daha bir çox məhsul arasında seçim etmək həqiqətən də çətindir. Dəri üçün ən yaxşı sabun hansıdır?
Sualı qarşısında qatı və ya maye sabun arasında fərqli cəhətləri önə çıxarmaq tələb olunur. Belə ki, dəri üçün ən az
zərərli olan sabunlar tərkibində daha az kimyasal maddə olan sabunlardır. Yəni ki, daha az iyli və daha az təngli sabunlar.
Amma əhalinin tələbatından asılı olaraq istehsalçı firmalar müxtəlif rəng və iydə sabun istehsalı edirlər.
Bundan başqa, qatı sabunun PH dəyəri maye sabundan yuxarı olduğundan dərinin daha tez qurumasına
səbəb ola bilir. Maye sabunların qatı sabunlardan geri qalan cəhəti isə həssas olan dərilərdə allergik effekt yarada bilməsi
və qiymətinin qatı sabuna nisbətdə baha olmasıdır. Bunun üçün də qatı və maye sabun almaq barədə tərəddüd edən
istehlakçılar daha yaxşı olar ki öz dərisinə uyğun sabunlardan istifadə etsinlər.
NB Group ASC nin istehsal etdiyi həm maye həm də qatı “Alev” markalı sabunlar bu mənada əhali üçün ideal seçimdir.
Fabrikimizdə istehsal olunan sabunların tərkibinə heç bir halda donuz yağı və ya əlavələri qatılmır. Azərbaycan əhalisinin
zövqünə və seçiminə uyğun ən münasib qiymətdə və keyfiyyətdə olan sabunları ölkəmizin ən qabaqcıl təmizlik vasitələri
istehsalçısı olan NB Group ASC dən seçməyiniz məsləyətdir. 
 
.
ОЖИДАЕМЫЕ ОСОБЕННОСТИ В МОЮЩИХ СРЕДСТВАХ

ОЖИДАЕМЫЕ ОСОБЕННОСТИ В МОЮЩИХ СРЕДСТВАХ

 Ароматические отдушки, которые используются в процессе изготовления ...

ЗНАЧИМОСТЬ ПОКАЗАТЕЛЯ РН В МОЮЩИХ СРЕДСТВАХ?

ЗНАЧИМОСТЬ ПОКАЗАТЕЛЯ РН В МОЮЩИХ СРЕДСТВАХ?

  Главное — pH 5,5» — эту фразу из старой рекламы, наверное, ...

Свяжитесь с нами

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az