Новости
Tuz ruhu nədir?. Faydaları və təhlükəsizlik tədbirləri
Hidroxlorid asid rəngsiz şəffaf maye şəklindədir. Hidroxlorid asid metal oksidlərə, yəni, paslara qarşı sökücü rolunu oynayır. Bu səbəbdən də istənilən metalların üzərində effektiv bir məhluldur. Tarixdə ilk dəfə 9 cu əsrdə böyük kimyaçı, riyaziyyatçı, həkim və astronom olan Cabir ibn Həyyan tərəfindən kəşf edilmiş tuz ruhu adi süfrə duzunun sulfurik turşu ("vitriol") maddəsi ilə qarışımından əldə edilmişdir. Daha sonra Avropaya yayıldıqda “acidium salis” yəni, tuz ruhu kimi adlandırılmağa başladı. Hazırda dünyada təqribən illik 5 milyon tona yaxın hidrogen xlorid istehsal olunur. Olduqca zəhərli maddədir və kəskin qoxusu vardır. Sənaye inqilabından sonra kütləvi şəkildə istehsal edilməyə başlanmışdır. Günümüzdə PVC (poli-vinil-xlorid)-dən dəmirə, plastik sənayedən qida sektoruna qədər bir çox sahələrdə istifadə edilir. Qəribə səslənsə də canlıların çoxunun mədəsində var olmaqdadır. Mədədəki funksiyası isə həzm etməkdə oynadığı roldur. Mədə suyunda 0.3% miqdarında olmaqla 1-2 ph dəyəri arasındadır. Əgər insan mədəsindəki hidroxlorid asidin ph dəyəri 1 dən aşağı olarsa mədə yarası və xoralar əmələ gələr. Əksinə ph dəyəri 2 nin üzərində olarsa bu halda həzm problemi yaşanar və insan yediyi qidaları həzm edə bilməzdi. Təkbaşına, qatqısız halda mədəni deşə biləcək gücə sahibdir. Lakin mədədə olan mukus təbəqəsi bunun qarşısını ala bilir. Əgər həmin təbəqə nazikdirsə və ya asidin ph dəyəri 1 dən aşağıdırsa mədədə problemlərin yaranması qaçılmaz olacaqdır. Dərilərdə yanıqlara səbəb ola biləcəyindən onunla işləyərkən mütləq şəkildə əlcəkdən istifadə edilməlidir. Hər hansı təbəqəyə tətbiq edildikdən sonra bir müddət gözlənilməli və daha sonra bol miqdarda su ilə yuyulmalıdır. Həmçinin gözlərə qarşı da allergik xüsusiyyətləri vardır. Buxar halında olsa belə onunla nəfəs aldıqda ağciyərləri zəhərləyə bilər. Bunun üçün də, uşaqların əlinin çata bilməyəcəyi yerlərdə saxlanılması şərtdir. Məhsulun donma nöqtəsi -27°C buxarlanma temperaturu isə 110°C-dir.
ОЖИДАЕМЫЕ ОСОБЕННОСТИ В МОЮЩИХ СРЕДСТВАХ
Ароматические отдушки, которые используются в процессе изготовления ...
ЗНАЧИМОСТЬ ПОКАЗАТЕЛЯ РН В МОЮЩИХ СРЕДСТВАХ?
Главное — pH 5,5» — эту фразу из старой рекламы, наверное, ...
+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az